» » » Şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib - FOTO

Şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib - FOTO

Şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib - FOTO

Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.

Düşmənlə döyüş zamanı şəhid olan polkovnik Vüqar Yusifov doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində torpağa tapşırılıb.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, 40 yaşlı polkovnik Vüqar Yusifov dəfn mərasiminə toplaşanlar zabitin keçdiyi ömür yolundan, orduya bağlılığından söz açıblar. Böyük izdiham yaşanan mərasimdə şəhid Vüqar Yusifovun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam intizamlı bir zabit kimi daim yaddaşlarda yaşayacağı vurğulanıb.
 
Şəmkir rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, zabitin xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları və minlərlə sakinin iştirak etdiyi mərasimdə "Vətən sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.
 
Mərasimdə tabuta çəkilən Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Daha sonra dövlət himninin sədaları altında yaylım atəşi açılıb və şəhid zabitimiz torpağa tapşırılıb.
 
Qeyd edək ki, Vüqar Yusifov 3 uşaq atası olub.
 
Azərbaycan ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunda dəfn edilib.
 
Şəhid Sahil Şirinov Qəbələ rayonunun Bum qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
 
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub.
 
Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
 
Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.