» » » Ermənilər kütləvi şəkildə Talışı tərk edirlər

Ermənilər kütləvi şəkildə Talışı tərk edirlər

Ermənilər kütləvi şəkildə Talışı tərk edirlər

Hərbi əməliyyatlara qədər orada 600-ə yaxın adam yaşayırdı.

Rusiyanın “Kommersant” qəzetinin müxbiri İlya Barabanov atəşkəs rejimi elan olunduqdan dərhal sonra Talış kəndində olub.

Ucarliyiq.bizxəbər verir ki, qəzetin müxbiri kəndi əhatə edən yüksəkliklərin Azərbaycanın nəzarəti altında olduğunu bildirib. 

İ.Barabanovun sözlərinə görə, aprelin 2-də kəndə Azərbaycan ordusunun hissələri daxil olub, amma burada möhkəmlənə bilməyiblər, bu səbəbdən də ətrafdakı yüksəkliklərdə mövqe tutublar. 

“Talış kəndi – Dağlıq Qarabağın ən şimal nöqtəsidir. Hərbi əməliyyatların aparıldığı bütün bu günlər ərzində atəşə tutulan Mardakert şəhərindən bura cəmi 30 km yol var”, - jurnalist yazır. 

“Biz Talış yolu ilə gedərkən yol boyu ev əşyalarının toplandığı yük maşınları ilə qarşılaşırıq. Kəndin sakinləri atəşkəsin uzun sürəcəyinə inanmırlar, ona görə də sakit zamanı əşyalarını çıxarmaq üçün istifadə etməyə çalışırlar. Talışa girişdə yandırılmış maşın, kənarda isə ölmüş inək var”, - reportajda deyilir. 

Jurnalist ilə söhbətdə erməni əsgərləri dünəndən atəşin dayandığını bildirirlər.

Kənd administrasiyasının rəhbəri Vilen Petrosyan qeyd edib ki, hərbi əməliyyatlara qədər orada 600-ə yaxın adam yaşayırdı.

“Bu gün burada 50 nəfər qalıb, onlar hələ getməyiblər”, - o deyib. 

Xatırladaq ki, daha öncə Rusiya KİV hərbi əməliyyatlar zamanı Dağlıq Qarabağın üç minə yaxın sakininin öz evlərini tərk etdiklərinə dair məlumat yaymışdı.