» » » “Bloomberg” Qarabağdakı müharibədən yazdı

“Bloomberg” Qarabağdakı müharibədən yazdı

“Bloomberg” Qarabağdakı müharibədən yazdı

“Azərbaycanın siyasəti aydındır”.

Neft Azərbaycana hərbi xərclərdə Ermənistanı geridə qoymağa yardım etdi. Son on ildə Azərbaycan neftdən əldə etdiyi gəlir sayəsində öz hərbi xərclərini təxminən on dəfə artırıb. Ölkə hökumətinin bəyanatına görə, keçən il bu xərclərin həcmi 4,8 milyard dollardan ibarət olub. 

Bu fonda Ermənistanın üç dəfə artaraq 447 milyon dollardan ibarət olan hərbi xərcləri gözəçarpan deyil. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri yazır. 

Qarabağ münaqişəsinə dair məqalədə qeyd edilir ki, nəhəng gərginliyin Rusiya, Türkiyə və İran ilə qonşu olan Cənubi Qafqaz sərhədlərindən kənara çıxması təhlükəsi var. 

“Rusiyanın hərbi bazasının yerləşdiyi və öz postsovet sahibi ilə qarşılıqlı müdafiə barədə pakt imzalayan Ermənistan bazar ertəsi “tammiqyaslı müharibəyə” dair xəbərdarlıq edib”, - nəşr qeyd edib. 

“Azərbaycanın siyasəti aydındır. Bu, Ermənistanı sülh razılaşmasının müəyyən formasını qəbul etməyə məcbur edəcək, iki ölkə arasında iqtisadi, siyasi, diplomatik və hərbi tarazlığın yaradılması strategiyasıdır, - Asiya-Qafqaz İnstitutunun və Con Hopkins Universitetinin İpək yolunun öyrənilməsi proqramının rəhbəri Svante Kornell bəyan edir. – İdeya Azərbaycanın  müdafiəsini gücləndirilməsindən, erməniləri danışıqlar masasına oturmağa məcbur etməkdən ibarətdir”.