» » » Erməni tankının izi belə qalmadı - VİDEO

Erməni tankının izi belə qalmadı - VİDEO

Erməni tankının izi belə qalmadı - VİDEO

Tankın qülləsi onlarla metr kənara uçub.

Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyoru aprelin 2-dən 5-nə qədər qanlı döyüşlərin getdiyi Füzuli rayonunda, ermənilərin nəzarətindəki  ərazilərdə olub.

Ucarliyiq.bizVirtualaz.org-a istinadən xəbər verir ki, rusiyalı reportyor reportajında “Dağlıq Qarabağ respublikası” kimi ifadələr işlədir və ermənilərin mövqeyindən çıxış edir. 

Lakin onun çəkdiyi kadrlar maraqlıdır. 

Belə ki, reportyor Azərbaycan ordusunun məhv etdiyi erməni tankının qalıqlarının görüntülərini və silahlı qüvvələrimizin düşməndən geri aldığı ərazilərdə apardığı istehkam işlərini lentə alıb.

Kadrlardan görünür ki, düşmənin T-72 tankı aldığı zərbədən darmadağın olub, tankdan əsər-əlamət qalmayıb. Tankın qülləsi onlarla metr kənara uçub. Rusiyalı jurnalist erməni hərbçilərinə istinadən xəbər verir ki, T-72 tank əleyhinə raketlə vurulub. Həmin kadrları təqdim edirik.