» » » Bu gün döyüş meydanından həlak olanların cəsədləri çıxarılacaq

Bu gün döyüş meydanından həlak olanların cəsədləri çıxarılacaq

Bu gün döyüş meydanından həlak olanların cəsədləri çıxarılacaq

Müdafiə Nazirliyi məlumat yaydı.

Bu gün cəbhə xəttində  döyüş meydanından hərbi qulluqçuların meyitlərinin çıxarılması əməliyyatı həyata keçiriləcək.

Bu barədə Ucarliyiq.biz - ə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.