» » » Ermənilər ölən əsgərlərinin cəsədlərini tapırlar

Ermənilər ölən əsgərlərinin cəsədlərini tapırlar

Ermənilər ölən əsgərlərinin cəsədlərini tapırlar

Qoşunların təmas xəttində 5 saatlıq hərbi əməliyyatlar dayandırılıb.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində axtarış zamanı erməni tərəfi iki hərbçisini - kiçik çavuş Robert Aleksandroviç Abadjyanının (1996-cı il təvəllüdlü) və sıravi əsgər Andranik Atomoviç Zoqrabyanın (1996-cı il təvəllüdlü) cəsədlərini tapıblar.  

ucarliyiq.biz bu barədə erməni KİV-nə istinadən xəbər verir. 

Xatırladaq ki, sazişə əsasən qoşunların təmas xəttində cəsədlərin axtarılması üçün 5 saat müddətində bütün növ hərbi əməliyyatların dayandırılması nəzərdə tutulub. Atəş saat 15.00-dan 20.00-a qədər dayandırılıb, işi Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in Minsk qrupu koordinasiya edirdi.