» » » Şəhid pilotlarımızla vida mərasimi keçirilir

Şəhid pilotlarımızla vida mərasimi keçirilir

Şəhid pilotlarımızla vida mərasimi keçirilir

Onlar II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlar - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.

ucarliyiq.biz - in məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.

Mərasimin rəsmi hissəsi saat 12.00-da başlanacaq.

Məlumata əsasən, vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.