» » » Müdafiə Nazirliyi Qarabağla bağlı beynəlxalq hərbi tribunalın yaradılması barədə

Müdafiə Nazirliyi Qarabağla bağlı beynəlxalq hərbi tribunalın yaradılması barədə

Müdafiə Nazirliyi Qarabağla bağlı beynəlxalq hərbi tribunalın yaradılması barədə

“Ermənilərin cinayətləri sübuta yetiriləcək”.

Azərbaycan ümumilikdə münaqişə ilə bağlı, eləcə də son hadisələrlə əlaqədar beynəlxalq hərbi tribunalın yaradılmasında erməni tərəfindən daha çox maraqlıdır. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlikdən deyiblər ki, məhz o zaman Ermənistanın hazırkı kriminal hərbi-siyasi hakimiyyətinin mahiyyəti, onun  azərbaycanlılara qarşı saysız-hesabsız qanlı cinayət əməlləri törətməsi aydın sübuta yetiriləcək: 

“Təkcə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən genosid siyasəti kifayət edir ki, Ermənistan rəhbərliyi və erməni səhra komandirləri beynəlxalq cinayət məhkəməsinə verilərək layiqli cəzalarını alsınlar”.
 
Qeyd edək ki, Ermənistan müdafiə nazirinin müşaviri Alik Avetisyan 2-5 apreldə baş verənlərlə bağlı beynəlxalq tribunalın yaradılması üçün BMT-yə müraciət edə biləcəklərini söyləyib.