» » » Əli Həsənov: Qarabağ üzrə danışıqların intensiv mərhələsi başlayacaq – VİDEO

Əli Həsənov: Qarabağ üzrə danışıqların intensiv mərhələsi başlayacaq – VİDEO

Əli Həsənov: Qarabağ üzrə danışıqların intensiv mərhələsi başlayacaq – VİDEO

İlham Əliyevin köməkçisi cəbhədə baş verən son hadisələri şərh etdi.

Bilirsiniz ki, ATƏT-in Minsk qrupu hadisələrin gedişində, yəni ayın 2-si axşam saatlarından etibarən ciddi şəkildə bəyanatlar verməyə başladılar və tərəfləri atəşi dayandırmağa çağırdılar.

Biz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə bu çağırışdan sonra dərhal birtərəfli qaydada atəşi dayandırdıq. Atəşi dayandıraraq dünyaya göstərmək istədik ki, biz heç də bu müharibənin davam etməsində, qan tökülməsində, günahsız dinc sakinlərin qətlə yetirilməsində maraqlı deyilik.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Xəzərxəbər-ə müsahibəsində Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan sadəcə olaraq, danışıqların intensivləşdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və “buna da bizim haqqımız var”.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışına cavab olaraq Azərbaycan atəşi dayandırmışdı, amma ermənilər itirdikləri mövqeləri və ordularının ciddi şəkildə məğlubiyyətini qəbul edib, barışmaq istəmirdilər.

Ona görə də intensiv şəkildə atəşi davam etdirirdilər. Düzdür, onlar layiqli cavablarını alırdılar, amma Azərbaycan ordusunun növbəti uğurlu zəfər yürüşündən qorxaraq bu atəşin dayandırılması və sülh danışıqlarına başlanılması təklifinə razılıq verdilər. Bu təşəbbüs Rusiya prezidenti Vladimir Putindən gəldi. O, hər iki ölkə prezidentinə müraciət etdi və müvafiq olaraq hal-hazırda danışıqlar prosesi hazırlanır. Yəqin ki, bugünlərdə danışıqların intensiv mərhələsi başlayacaqdır”, - deyə Əli Həsənov bildirib.