» » » Markov: İlk qaçqınlar artıq bu il evlərinə qayıda biləcəklər

Markov: İlk qaçqınlar artıq bu il evlərinə qayıda biləcəklər

Markov: İlk qaçqınlar artıq bu il evlərinə qayıda biləcəklər

“Tezliklə danışıqlar başlayacaq”.

Bu, mənim siyasi proqnozumdur. O, hər zaman doğru olmur, hər zaman özünü doğrultmur. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Qarabağ danışıqları ətrafında daha öncə verdiyi bəyanatını şərh edərkən bildirib.  

Qeyd edək ki, APA-nın müxbiri ilə söhbət zamanı S.Markov bəyan edib ki, tezliklə ATƏT-in Minsk qrupunun həmsədrlərinin razılaşdığı Kazan sənədi tətbiq ediləcək. Bu sənədə görə, öncə Ermənistan Azərbaycana işğal edilmiş beş rayonu qaytaracaq. 

Markovun sözlərinə görə, politoloqlar (o, özü də daxil olmaqla – red.) hər zaman ehtimalları söyləyirlər. 

“Anladığım qədər, danışıqlar tezliklə başlayacaq və uzun sürməyəcək. İlk qaçqınlar artıq bu il öz tarixi yerlərinə qayıda biləcəklər”, - Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi  əmindir.