» » » Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək

Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək

Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək

Bir neçə məsələ üzrə ətraflı danışıqlar gözlənilir.

Rusiyanın XİN rəhbəri Sergey Lavrov aprelin 19-da fransalı həmkarı Jan-Mark Eyro ilə Ukrayna, Liviya, Suriya və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti Rusiya XİN-ə istinadən məlumat yayıb.

Rusiyanın xarici siyasət idarəsindən bildiriblər ki, “Dağlıq Qarabağda zorakılıq partlayışı ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri olan iki ölkənin xarici işlər nazirliklərinin razılaşdırılmalı olduqları gələcək addımlar nəzərdən keçiriləcək”.