» » » Rusiya və ABŞ Qarabağ münaqişəsini müzakirə etdilər

Rusiya və ABŞ Qarabağ münaqişəsini müzakirə etdilər

Rusiya və ABŞ Qarabağ münaqişəsini müzakirə etdilər

Görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Zaqafqaziyada, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi ətrafında təhlükəsizlik məsələlərini çərşənbə axşamı Rusiyanın XİN rəhbərinin müavini Qriqori Karasin və ABŞ-ın Rusiyadakı səfiri Con Tefft müzakirə ediblər.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat yayılıb. 

“Görüş zamanı Zaqafqaziyada, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi ətrafında təhlükəsizlik məsələləri müzakirə edilib.

Həmçinin Ukrayna böhranının həll edilməsində qarşılıqlı fəaliyyət formalarına dair fikir mübadiləsi olub”, - sənəddə deyilir.

Məlumatda, həmçinin bildirilir ki, Amerika tərəfinin təşəbbüsü ilə keçirlən görüş zamanı Moldova və Gürcüstandakı vəziyyətə də toxunulub.