» » » Moskva Qarabağ ətrafında yeni görüşlərin anonsunu verdi

Moskva Qarabağ ətrafında yeni görüşlərin anonsunu verdi

Moskva Qarabağ ətrafında yeni görüşlərin anonsunu verdi

Sergey Lavrov Yerevana gedir.

Yaxın saatlarda Ermənistan və Rusiya XİN rəhbərləri səviyyəsində Dağlıq Qarabağ məsələsi üzrə yeni təmaslarla bağlı məlumat veriləcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

“Təmaslar dayanmayıb. Fikrimcə, yaxın saatlarda biz daha bir təmas haqqında məlumat verə biləcəyik” - Zaxarova Moskvada jurnalistlərə bildirib. 

“Xarici İşlər nazirliklərinin rəhbərləri səviyyəsində”, - o dəqiqləşdirib.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə etmək üçün aprelin 22-də Yerevana səfər edəcək.