» » » “Kommersant”: Yerevan rayonların qaytarılmasını müzakirə etməyə hazırdır

“Kommersant”: Yerevan rayonların qaytarılmasını müzakirə etməyə hazırdır

“Kommersant”: Yerevan rayonların qaytarılmasını müzakirə etməyə hazırdır

“Biz heç bir zaman əsas tələbdən imtina etməyəcəyik”.

Azərbaycan prezidenti İlham Əliyevin Administrasiyasında Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan rəhbərlərinə Dağlıq Qarabağ üzrə fəal danışıqların bərpa etmək təklifi ilə müraciəti barədə bildirilib və bu, “yaxın günlərdə başlanmalıdır”.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinin “Azərbaycan və Ermənistan danışıqlar masasına aparılır” adlı məqaləsində yazılıb. 

“Kommersant”ın Kremldəki həmsöhbəti, Moskvanın Qarabağ münaqişəsinə “arxiv mahiyyəti” verdiyini bildirib. 

“Yerevan və Bakının hərbi əməliyyatların fəal mərhələsini dayandırmaqa inandırdıqdan sonra Putin postsovet məkanında ən qədim münaqişələrdən birinin uzunmüddətli həlli üçün dinc prosesi bərpa etmək niyyətindədir. Dialoqun bərpa edildiyi halda, Qarabağ probleminin tənzimlənməsi təşəbbüsü qərb vasitəçilərindən Moskvaya keçəcək”, - məqalənin müəllifi yazır. 

“Biz ən yaxın vaxtda tərəflərin danışıqlar masasına oturmaları üçün lazımi dilomatik mexanizmləri işə salmışıq”, - “Kommersant”ın Kremldəki yüksək vəzifəli mənbəsi bildirib. 

“Əgər tənzimlənmə müzakirə ediləcəksə, yalnız Kazan sənədi əsasında olcaq”, - “Kommersant”a Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib. 2011-ci ildə Tatarıstanın paytaxtında sammitdə baş tutan sənəd nəzərdə tutulur. 

Həmin dövrdə Rusiya prezidenti olan Dmitri Medvedevin təşəbbüsü ilə Kazana toplaşan Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyan Qarabağ münaqişəsinin uzunmüddətli tənzimlənməsinin “yol xəritəsi”nin layihəsini nəzərdən keçiriblər.

Sənəd 1992-1994-cü illərdə müharibə zamanı erməni tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ ətrafında Azərbaycan torpaqlarının (Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Füzulinin bir hissəsi və Ağdam rayonu, eləcə də Laçın rayonunun 13 kəndinin) qaytarılmasını, eləcə də Laçın rayonundan Ermənistan və Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını nəzərdə tuturdu. 

Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək isə bir neçə il sonra qaçqınlar porbleminin həllindən sonra referendum yolu ilə həll edilməsi nəzərdə tutulurdu. Amma 2011-ci ildə son anda Azərbaycan və Ermənistan liderləri razılığa gələ bilmədilər. 

Çərşənbə axşamı Ermənistan hakimiyyətində yüksək vəzifəli mənbə “Kommersant”a bildirib ki, erməni tərəfi daha öncə Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların müzakirəsinə qayıtmağa hazırdır. 

Onun sözlərinə görə, Qarabağ ətrafındakı rayonlar erməni qüvvələri tərəfindən “sonradan fiziki təhlükəsizlik zəmanəti altında” qondarma “DQR”-ın tanınması müqabilində qaytarmaq üçün zəbt edilib. 

Mövcud şərtlərdə isə “Kommersant”ın həmsöhbətinin sözlərinə görə, mövcud şəraitdə “Qarabağda əhalini öldürməyə davam edəcəklər”.

Heç bir hakimiyyət, nə burada, nə Qarabağda, başqa cür davrana bilməz, ultimatumdan imtina edəndən iki saat sonra onu devirəcəklər, - “Kommersant”ın həmsöhbəti bildirib və əlavə edib ki, - Biz heç bir zaman əsas tələbdən – Qarabağın müstəqilliyinin tanınması tələbindən imtina etməyəcəyik“.