» » » Rusiya XİN: Bakı və Ermənistan danışmalıdır

Rusiya XİN: Bakı və Ermənistan danışmalıdır

Rusiya XİN: Bakı və Ermənistan danışmalıdır

“Prosesi bərpa olunmalıdır”.

Dağlıq Qarabağ münaqişəsi tərəflərinin indi səbir nümayiş etdirmək və sabitliyin bərpası üçün dialoq aparmaları tələb olunur.

ucarliyiq.biz xəbər verir ki, bu barədə brifinq zamanı Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə etmək üçün Yerevana səfərinə dair sualı şərh edərkən bildirib. 

“Biz qəti şəkildə əminik ki, tərəflər dayanıqlı dinc yol ilə tənzimlənməyə istiqamətlənmiş danışıqlar prosesini bərpa etməlidir”, - M.Zaxarova bəyan edib. 

O, mövcud sazişlər əsasında hərbi risklərin azalmasına dair işin fəallaşdırılmasının mühümlüyünü “prinsipial vacib” adlandırıb. 

“Yenidən beynəlxalq vasitəçi qismində ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə qaşılıqlı fəaliyyət yolu ilə bu məqsədə nail olmaq üçün hər şeyi etməyə hazır olduğumuzu təsdiqləyirik”, - Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.