» » » Erməni əsgərləri bir-birini öldürür

Erməni əsgərləri bir-birini öldürür

Erməni əsgərləri bir-birini öldürür

Saxlanılan şəxslər var.

İki erməni hərbçisi əsgər yoldaşları tərfindən qətlə yetirilib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumatda deyilir. 

İlkin istintaqın məlumatına görə, aprelin 21-də saat 07.00 radələrində hərbi hissələrin birində hərbi postda müddətli xidmətdə olan, sıravi əsgər Bareyan silahdan istifadə qaydalarını pozaraq atəş açıb. Atəş nəticəsində müddətli xidmətdə olan sıravi əsgər Spartak Kalaşyan baş nahiyəsindən ölümcül yara alıb. 

Cinayət işi çərçivəsində bir nəfər saxlanılıb. 

Bundan başqa, müddətli xidmətdə olan sıravi əsgər, “UAZ” markalı avtomobilin sürücüsü Kaen Aqabekyanın ölüm səbəblərinin araşdırılması üçün daha bir çinayət işi qaldırılıb.

İlkin məlumata görə, aprelin 21-də saat 14:30 radələrində hərbi hissələrdən birinə məxsus olan  “UAZ” avtomobilinin sərnişini, müddətli xidmətdə olan əsgər P.Yeqoryan silahdan istifadə qaydalarını pozaraq atəş açıb, bunun nəticəsində Karen Aqabekyan döş qəfəsi nahiyəsində ölümcül yara alıb.

Yeqoryan saxlanılıb. 

Silahdan istifadə qaydalarının pozulması nəticəsində insan ölümü ilə nəticələnən hər iki fakt üzrə cinayət işi açılıb.