» » » Moskvanın Qarabağ problemi üzrə Berlinin köməyinə ehtiyacı var

Moskvanın Qarabağ problemi üzrə Berlinin köməyinə ehtiyacı var

Moskvanın Qarabağ problemi üzrə Berlinin köməyinə ehtiyacı var

“Almaniya öz məsuliyyətini dərk etməlidir”.

Moskva Berlinin ATƏT-in hazırki sədri kimi, təşkilatın 2011-ci ildə təklif etdiyi Qarabağ üzrə yol xəritəsinin həyata keçirilməsində vasitəçilik etməsini mühüm hesab edir. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə cümə günü Rusiya XİN-in rəhbəri Sergey Lavrov bəyan edib. 

“Biz hazırkı mərhələdə tərəflərin 1994-cü və 1995-ci illərdə əldə etdikləri atəşkəs haqqında müddətsiz müqavilələrinin pozulmasına yol verməməyi prinsipial şəkildə mühüm hesab edirik”, - Lavrov, Ermənistan XİN rəhbəri ilə danışıqların yekununa dair bəyan edib.   

Lavrovun sözlərinə görə, “bu müqavilələrin konsolidasiyasının kontekstində son illər Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsi lazım olan addımlar razılaşdırılıb”. 

“Bu etimad və təhlükəsizlik tədbirlərinə dair hadisələrin araşdırılmasına da aiddir. 2011-ci ildə ATƏT yol xəritəsini və bu istiqamətdə necə addımlamağa dair praktiki plan hazırlayıb. ATƏT məkanında müxtəlif münaqişələrin tənizmlənməsinə diqqət ayıran Almaniya sədrliyinin burada ATƏT sədrinin səlahiyyətlərini tətbiq etməyi mühüm hesab edirik. Berlinin bu sahədə öz məsuliyyətini dərk etməsi üçün hər cür vasitəçilik edəcəyik”, - rusiyalı nazir qeyd edib.