» » » Harlem Desir: Fransa Qarabağ üzrə danışıqlara çağırır

Harlem Desir: Fransa Qarabağ üzrə danışıqlara çağırır

Harlem Desir: Fransa Qarabağ üzrə danışıqlara çağırır

“Zorakılığın aradan qaldırılması üçün danışıqlar vacibdir”.

ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa tərəfləri gücdən istifadə etməməyə və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara qayıtmağa çağırır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə bu gün Yerevanda jurnalistlərə Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunarkən bəyan edib. 

“Mən özümlə danışıqların yenilənməli olması ilə bağlı mesaj gətirmişəm. Son dövrlərdə müşahidə etdiyimiz zorakılığın aradan qaldırılması üçün danışıqlar vacibdir. Biz gücdən istifadə etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi prinsipləri əsasında sülhə nail olmaq üçün güclərimizi birləşdirməliyik. Məhz bu sülh, ədalət və barışıq üçün bu gün burdayam”, - Fransanın dövlət naziri qeyd edib. 

Onun sözlərinə görə, Fransa istənilən hərbi toqquşmaların qarşısının alınmasını, tərəflərin danışıqlar masası arxasında əyləşməsini və atəşkəsə əməl edilməsini istəyir: “Bu münaqişə hər iki tərəfə əzab verib”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.