» » » Cəbhədə şiddətli döyüşlər – RƏSMİ

Cəbhədə şiddətli döyüşlər – RƏSMİ

Cəbhədə şiddətli döyüşlər – RƏSMİ

Müdafiə Nazirliyi düşmənə xəbərdarlıq etdi.

Aprelin 26-sı saat 01:05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 (“Qrad” – red.) yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Bu barədə Ucarliyiq.biz - ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

“Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq”, - deyə, Azərbaycanın hərbi idarəsindən bəyan ediblər.