» » » Çavuşoğlu Rusiya rəsmilərinin Qarabağla bağlı iddialarına cavab verdi

Çavuşoğlu Rusiya rəsmilərinin Qarabağla bağlı iddialarına cavab verdi

Çavuşoğlu Rusiya rəsmilərinin Qarabağla bağlı iddialarına cavab verdi

“Atəşkəsi Ermənistan pozub”.

Rusiya rəsmilərinə cavab verəsi deyiləm. Bu kimi iddiaları da yersiz hesab edirəm. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Atəşkəsi Ermənistan pozub.

ucarliyiq.biz - in APA-ya istinadən verdiyi məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağda münaqişənin alovlanmasında Türkiyənin rolunun olması ilə bağlı Rusiya rəsmilərinin iddialarına münasibət bildirərkən deyib.

“Biz Ermənistan rəhbərliyinə zəng edib və ya görüşüb qardaş Azərbaycana hücum edin dedik? İddianın da bir ciddiliyi olmalıdır. Atəşkəsi kimi pozduğuna baxdığınızda, onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz.

Qarabağ münaqişəsinin yaranmasında məsuliyyət daşıyan şəxslərdən müsbət yanaşma və ya siyasi həll gözləmək çox böyük nikbinlik olardı”, - deyə nazir vurğulayıb.