» » » XİN: Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır

XİN: Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır

XİN: Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır

“Məsələnin həlli istiqamətində səyləri artırmaq vacibdir”.

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İndoneziyanın xarici işlər nazirinin müavini Əbdülrəhman Məhəmməd Fahir ilə görüşüb.

Bu barədə Ucarliyiq.biz - ə nazirliyin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olaraq, məsləhətləşmələr mexanizminin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın uğurla davam etdiyi qeyd olunaraq, iqtisadi-ticarət əlaqələrinin birgə səylərlə təşviqi və şaxələndirilməsi məqsədilə biznes dairələri arasında əlaqələrin artırılmasının əhəmiyyətə malik olduğu bildirilib.

İki ölkənin diplomatik akademiyaları arasında əlaqələrin yaradılması, tələbə mübadiləsi və turizmin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. 

İndoneziyalı nazir müavini Forumun yüksək səviyyədə təşkil edildiyini qeyd edərək, forumun gündəliyinə aktual məsələlərin daxil edildiyini bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın təxribatı ilə qoşunların təmas xəttində yaranmış son gərginlik barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan XİN rəhbərinin Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir ilə görüşü baş tutub.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olunub.

Nazir Elmar Məmmədyarov 2 aprel tarixindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verərək, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini və  Ermənistan silahlı qüvvələrinin ağır atəş vasitələri ilə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib.

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərin artıırlmasının vacibliyini qeyd edərək, münaqişənin həlli ilə bağlı Azərbaycanın nəticəyönümlü danışıqlara hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətarfında fikir mübadiləsi aparılıb. 

XİN: Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır

XİN: Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır