» » » Cəbhədə artilleriya döyüşləri gedir - RƏSMİ

Cəbhədə artilleriya döyüşləri gedir - RƏSMİ

Cəbhədə artilleriya döyüşləri gedir - RƏSMİ

Düşmən D-30 tipli haubitsaları işə salıb.

Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar. 

Bu barədə Ucarliyiq.biz - ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.
 
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir .
 
Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: 

“Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”.