» » » Cəbhədə döyüşlər davam edir – RƏSMİ

Cəbhədə döyüşlər davam edir – RƏSMİ

Cəbhədə döyüşlər davam edir – RƏSMİ

Azərbaycan ordusu düşmənin hərbi obyektlərini atəşə tutdu.

Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Bu barədə Ucarliyiq.biz - ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib:

“Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır”.