» » » Dövlət Departamenti: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

Dövlət Departamenti: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

Dövlət Departamenti: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

“Bizim mövqeyimiz dəyişməz qalır”.

Biz atəşkəsin nə qədər kövrək olduğunu gördük. Əvvəlcə biz atəşkəs rejiminə əməl olunduğuna görə sevindik, lakin gərginlik hələ də qalmaqdadır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib.

Onun sözlərinə görə, dövlət katibi Con Kerri Azərbaycan və Ermənistanın liderləri ilə danışıb.

“Minsk qrupundakı sədrimiz, daha dəqiqliklə həmsədrimiz regiona səfər edib. Biz hər iki hökumətlə, bu münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamışıq və bizim mövqeyimiz dəyişməz olaraq qalır:

Biz, Dağlıq Qarabağda təmas xəttində istənilən güc tətbiqini qəti şəkildə pisləyirik və tez bir zamanda sülh prosesinin bərpasının zəruri olduğunu bəyan edirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur”, - deyə Toner bildirib.