» » » Nazirlik: Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb

Nazirlik: Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb

Nazirlik: Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb

“Hazırda təmas xəttində vəziyyət stabildir”.

Ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb.

Bu barədə ucarliyiq.biz-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

“Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”, - deyə nazirlikdən qeyd ediblər.