» » » General Vəliyev Ohanyanın ittihamlarına cavab verdi

General Vəliyev Ohanyanın ittihamlarına cavab verdi

General Vəliyev Ohanyanın ittihamlarına cavab verdi

“Ermənistan artıq üç gecədir Azərbaycanın dinc əhalisini atəşə tutur”.

Ermənistan müdafiə naziri Seyran Ohanyanın Moskvada təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxışı erməni tərəfinin öncədən hazırlanmış təxribatıdır. Məqsəd beynəlxalq tədbir iştirakçılarının diqqətini münaqişə zonasında baş verənlərə cəlb etməkdir.

ucarliyiq.biz - in APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyevin Ermənistan müdafiə nazirinin Moskvada keçirilən beynəlxalq konfransda təxribat xarakterli çıxışına cavabında deyilir.

“Erməni naziri “sülhməramlı” qismində çıxış edərkən, Ermənistan silahlı qüvvələri artıq üç gecədir cəbhə zonasında yaşayan Azərbaycanın dinc əhalisini atəşə tutur. Dinc sakinləri və onların evlərini atəşə tutan erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir”, - deyə o vurğulayıb.