» » » Sarkisyan Qarabağla bağlı üç şərt irəli sürdü

Sarkisyan Qarabağla bağlı üç şərt irəli sürdü

Sarkisyan Qarabağla bağlı üç şərt irəli sürdü

Ermənistan prezidenti iclas keçirib.

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün üç şərtlər irəli sürüb. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse spikeri, hakim Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bəyan edib.

O, bildirib ki, Sarkisyanın rəhbərliyi altında ERP-nin icraedici orqanının iclası başa çatıb.

“Toplantıda xarici siyasətlə bağlı məsələlər müzakirə olunub. Prezident Sarkisyan son görüş və telefon danışıqlarını təfarrüatlarını təqdim edib, həmçinin Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyət  barədə danışıb”, - Şarmazanov deyib.

Onun sözlərinə görə, Sarkisyan Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürüb: “insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi; ünvanlı bəyanatla və Azərbaycanın Dağlıq Qarabağa qarşı aqressiyaya əl atmayacağı zəmanəti”.