» » » Rusiyadan Azərbaycana yeni silah tədarükləri

Rusiyadan Azərbaycana yeni silah tədarükləri

Rusiyadan Azərbaycana yeni silah tədarükləri

Hərbi anbarların planlı qaydada doldurulması prosesi gedir.

Rusiyadan alınmış hərbi texnikanın yeni partiyasının Azərbaycana tədarükü davam edir.

ucarliyiq.biz xəbər verir ki, haqqın.az saytının hökumət mənbələrindən əldə etdiyi məlumata görə, silah tədarükü Bakı və Moskva arasında imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında razılaşmaların əsasında həyata keçirilir.

Belə ki, hazırda BMP-3 döyüş maşınının bazasında hazırlanmış 120 mm-lik “Vena” özüyeriyən artilleriya quğuları, BTR-80 döyüş maşınlarının bazasında hazırlanmış və ən müasir avadanlıqla təchiz edilmiş BTR-82A zirehli maşınlarının tədarükü davam edir.

Eyni zamanda rusiyalı mütəxəssislərin iştirakı ilə hərbi texnikaya texniki dəstəyin göstərilməsi, təyinatı üzrə tətbiqinə hazırlıq, həmçinin şəxsi heyətin öyrədilməsi üzrə işlər aparılır.

Bundan başqa, ən müasir texnologiyaların tətbiqi ilə istifadə olunan silah və döyüş texnikasının mərhələli şəkildə müasirləşdirilməsi həyata keçirilir.

Saytın məlumatına görə, hazırda cəbhəyanı bölgədə hərbi anbarlar və arsenalların həm yerli hərbi müəssisələrdə hazırlanmış, həm də Rusiyadan gətirilmiş müxtəlif çaplı mərmilər, sursatlar və minalarla planlı qaydada doldurulması istiqamətində iş aparılır.