» » » Xalq Qarabağda müharibəni dəstəkləyir

Xalq Qarabağda müharibəni dəstəkləyir

Xalq Qarabağda müharibəni dəstəkləyir

Sorğunun nəticələri açıqlanıb.

Aprelin 2-5-də cəbhə xəttində baş verən münaqişə ilə bağlı “ACT Azərbaycan” araşdırma şirkəti Bakı şəhəri üzrə sorğu keçirib.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, sorğuda iştirak edən 400 sakinin 97%-i Azərbaycanın cəbhə xəttindəki hərbi fəaliyyətini dəstəklədiyini bildirib.

Respondetlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin mövcudluğunu düşünür.

Onların 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir. Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi münaqişənin stimullaşdırdığını hesab edir.

57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyini deyir.

Tədqiqat çərçivəsində fikri öyrənilən sakinlərin əksər hissəsi (86%) təxribatın Ermənistan tərəfindən törədildiyini düşünür.

Əhalinin yarıdan çoxu (65%) hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır.

Sakinlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ərazisindən çıxarılacağına əmindir.

“ACT Azərbaycan” sosial və kommersiya araşdırmaları həyata keçirən beynəlxalq şirkət “ACT Global”ın Azərbaycan nümayəndəliyidir.