» » » Əli Həsənov: Cəbhə bölgəsində gərginlik davam edəcək

Əli Həsənov: Cəbhə bölgəsində gərginlik davam edəcək

Əli Həsənov: Cəbhə bölgəsində gərginlik davam edəcək

“Biz istəsək də, istəməsək də”.

Nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayıb, işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik biz istəsək də, istəməsək də davam edəcək.

ucarliyiq.biz xəbər verir ki, bunu “Kəpəz” televiziyasına (“Region TV”) açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib:

“Sadəcə, Ermənistan tərəfi danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivliyi cəbhə bölgəsində, xüsusən də dinc əhaliyə qarşı son zamanlar yaşanan proseslərdə də göstərdi. Təmas xəttində də bu mövqeyini nümayiş etdirdi”.

.