» » » Nazir müavini: Yerevan bütün qonşularına qarşı ərazi iddiaları irəli sürür

Nazir müavini: Yerevan bütün qonşularına qarşı ərazi iddiaları irəli sürür

Nazir müavini: Yerevan bütün qonşularına qarşı ərazi iddiaları irəli sürür

“Ermənistan əhalisinin yarısı artıq ölkəni tərk edib”.

Regiondakı sovetləşmədən öncə Ermənistanın indiki paytaxtı Yerevanda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Zaman-zaman zorla deportasiya siyasəti nəticəsində onlar öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar.

ucarliyiq.biz - in APA-ya istinadən verdiyi xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, sovet dövründə terrorçu qrupların fəaliyyəti nəticəsində azərbaycanlı əhali yaşadığı yerləri tərk etmək məcburiyyətində qalıb.

“Yüzlərlə insan ölüb. Onların çoxu aclıqdan və susuzluqdan yollarda həlak olub. Ermənistan ərazi iddiaları nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda bir nəfər də azərbaycanlı qalmayıb. Xocalı soyqırımını xatırlatmaq istəyirəm. 

1992-ci ildə 24 saat ərzində şəhər yer üzündən silindi. Qocalar, qadınlar, uşaqlar öldürüldü. Sadəcə, ona görə ki, onlar azərbaycanlı idilər. Bunlar Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətinin nəticəsidir. Onlar məktəbdən başlayaraq uşaqlarına azərbaycanlılara qarşı düşmənçilik öyrədirlər”, - deyə nazir müavini vurğulayıb.

Münaqişədən erməni əhalinin də əziyyət çəkdiyini vurğulayan nazir müavini qeyd edib ki, Ermənistan əhalisinin yarısı artıq ölkəni tərk edib. 

“Çünki Ermənistan bütün qonşularına - Türkiyəyə, Gürcüstana ərazi iddiaları irəli sürür və Azərbaycan torpaqlarını işğal edib”, - deyə X.Xələfov qeyd edib.