» » » Məmmədyarov: Azərbaycan öz ərazi bütövlüyünü güzəştə getməyəcək

Məmmədyarov: Azərbaycan öz ərazi bütövlüyünü güzəştə getməyəcək

Məmmədyarov: Azərbaycan öz ərazi bütövlüyünü güzəştə getməyəcək

“Son təxribat aktları görünməmiş gərginliyə səbəb olub”.

Avropa İttifaqının qonşuluq siyasətində təhlükəsizlik problemlərini müzakirə edərkən, mən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünü qeyd etməyə bilməzdim.

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu (V4) və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazirin sözlərinə görə, bu ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində törədilmiş son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub.

“Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir”, - deyə Məmmədyarov qeyd edib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri, həmçinin bəyan edib ki, Ermənistan münaqişənin həllində “status-kvo”nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir:

“Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır. Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan V4 və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək.

BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir”.