» » » Felqenqauer: Azərbaycan öz dronları ilə Rusiya və Ermənistandan güclüdür

Felqenqauer: Azərbaycan öz dronları ilə Rusiya və Ermənistandan güclüdür

Felqenqauer: Azərbaycan öz dronları ilə Rusiya və Ermənistandan güclüdür

“Erməni hərbçiləri belə müharibəyə hazır deyildilər”.

Bakı birinci raundda qələbə qazandı və bu gün hesab edirəm ki, apreldə həyata keçirilən hərbi əməliyyatlar erməni tərəfi ilə müqayisədə Azərbaycanın keyfiyyətli hərbi üstünlüyünü göstərdi. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə rusiyalı analitik Pavel Felqenqauer dördgünlük müharibədən sonra “Novaya qazeta” nəşrində dərc etdirdiyi məqalədə bildirmişdi.

“Erməni hərbçilərinin belə müharibəyə hazır olmadıqları üzə çıxdı, bu səbəbdən də prezident Sarkisyan generalları, o cümlədən də kəşfiyyat rəisini vəzifəsindən azad etdi. Bu, Ermənistanın müharibəyə hazır olmadığını etiraf etmək idi”, -  ekspert “1in.am”a verdiyi müsahibəsində bildirib. 

Ekspertin sözlərinə görə, vəziyyət çox kəskindir, genişmiqyaslı hərbi əməliyyatların bərpası mümkündür. 

“Müharibənin bərpa olunması üçün rəsmi səbəb isə Yerevan tərəfindən Dağlıq Qarabağın tanınmasına dair söhbətlər və ya həqiqətən tanınması ola bilər. Bundan başqa, aprelin əvvəlində baş verən döyüşlərdən Azərbaycanın keyfiyyət üstünlüyü aydın oldu”.

Felqenqauer hesab edir ki, aprelin əvvəlində Azərbaycan böyük müharibə planlaşdırmırdı:

“Onlar, bir neçə mövqe ələ aldıqdan sonra hücumu dayandırdılar, daha sonra erməni əks hücumunun qarşısını aldılar. Amma hərbi əməliyyatların gedişatında Azərbaycan silahlı qüvvələrinin keyfiyyətcə üstün olması üzə çıxdı.

Onların ermənilərdə olmayan imkanları var. Azərbaycan pilotsuzları ilə hətta Rusiyadan belə güclüdür, nəinki Ermənistandan. Bizdə də həmin İsrail dronları var, amma Azərbaycanda olan növlər Rusiyada yoxdur. Azərbaycanda Rusiyada olmayan “Heron” tipli dronlar, dağıdıcı-dronlar (IAI Harop - əsas şəkildə -red.) var. 

Azərbaycanın keyfiyyət üstünlüyü Azərbaycan-İsrail hərbi əməkdaşlığının nəticəsidir. Orada özəl İsrail missiyası həyata keçirilir, onlar Azərbaycan tanklarını, atəşin idarə sistemini, gecə saatlarda döyüşlərin aparılmasının effektiv imkanlarını modernizə ediblər, bunlardan başqa gecə və gündüz hədəfin harda olduğunu, erməni tərəfinin müdafiəsinin dərinliyində nə baş verdiyini görən pilotsuzlar, 150 km mənzilli raketlər də daxil olmaqla, yüksək dəqiqlikli zərbə sistemləri də var.

Ermənistanın bu növ silahları yoxdur. Əlbəttə, erməni tərəfinin, hətta uzaq məsafələr üçün (“R17”) raketləri var, amma onlar dəqiq deyillər və sadəcə səthi hədəfləri məhv etmək üçün  faydalıdırlar. Erməni silahlı qüvvələri düşmən ərazisinin dərinliklərinə yalnız açıq səthdə zərbə endirə bilər. 

Azərbaycan tərəfində həmçinin müasir Rusiya silahları da var, ümumilikdə isə İsrail silah proqramı Azərbaycan tərəfinə əlavə imkanlar verdi. Bu gecə və gündüz zərbələr endirə bildiyin mövqe müharibəsində çox vacib şərtdir. Məsələn, erməni könüllülərinin olduğu avtobus gecə yola düşmüşdü, həmin avtobus pilotsuz vasitəsilə vuruldu”.

Erməni jurnalistinin, “erməni tərəfinin də pilotsuzları var” qeydinə ekspert cavab olaraq bildirib:
“Onlar əldəqayırmadılar, heç bir işə yaramırlar”.

Felqenqauer qeyd edib ki, dronların olması böyük üstünlüklər verir, belə ki, anbar, müxtəlif obyektləri məhv etmək olar:

“Erməni hərbçilərinin belə müharibəyə hazır olmadıqları üzə çıxdı, bu səbəbdən də prezident Sarkisyan generalları, o cümlədən də kəşfiyyat rəisini vəzifəsindən azad etdi. Bu, Ermənistanın hazır olmadığını etiraf etmək idi. Ümumiyyətlə, hazır olmadığın demək istəmirəm, prinsipcə hazır idi, amma belə müharibəyə yox”.