» » » Moskva Qarabağın taleyindən danışdı

Moskva Qarabağın taleyindən danışdı

Moskva Qarabağın taleyindən danışdı

“Rusiya bütün lazımi vasitəçiliyi etməyə hazırdır”.

Dağlıq Qarabağın taleyi siyasi-diplomatik vasitələrlə həll edilməlidir. 

ucarliyiq.biz  xəbər verir ki, bu barədə cümə günü Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.   

Onun sözlərinə görə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin – Rusiya, Fransa və ABŞ liderlərinin 2009-cu ildən 2013-cü ilə qədər verdikləri bəyanatlarda Dağlıq Qarabağın statusunun orada yaşayan xalqın hüquqi baxımdan məcburi olan öz iradəsini ifadəetmə əsasında müəyyənləşdirilməsi öz əksini tapıb.

Zaxarova əlavə edib ki, Rusiya bu məqsədə çatmaq üçün zəruri səyləri göstərməyə hazırdır.