» » » NATO ekspertləri hərbi təlimatçılar üçün seminar keçirdi - FOTO

NATO ekspertləri hərbi təlimatçılar üçün seminar keçirdi - FOTO

NATO ekspertləri hərbi təlimatçılar üçün seminar keçirdi - FOTO

Seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Mayın 6-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına müvafiq olaraq, Alyansın təlim və təhsil üzrə ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin müdafiə təlimatçıları üçün seminar keçirilib.

Bu barədə Ucarliyiq.biz - ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İkinci dərəcəli kapitan Andreas Hildenbrandın rəhbərliyi ilə keçirilən seminarda Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin professor-müəllim heyəti də iştirak edib.

Tədbir çərçivəsində NATO-da tətbiq edilən müasir tədris prosesi və metodologiyaları haqqında iştirakçılara məlumat verilib, mühazirələr oxunub, eləcə də Silahlı Qüvvələrdə mövcud olan təhsil sisteminə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

NATO ekspertləri hərbi təlimatçılar üçün seminar keçirdi - FOTO

NATO ekspertləri hərbi təlimatçılar üçün seminar keçirdi - FOTO