» » » Qarabağda döyüşlər: Erməni generalının qardaşı yaralanıb

Qarabağda döyüşlər: Erməni generalının qardaşı yaralanıb

Qarabağda döyüşlər: Erməni generalının qardaşı yaralanıb

32 yaşlı Saroyan Omar aşırımında olub.

Mayın 9-da Erebuni tibb mərkəzinə Ermənistan Milli Məclisinin deputatı, general Seyran Saroyanın qardaşı Artur Saroyan yerləşdirilib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Onların məlumatına görə, 32 yaşlı Saroyan işğal edilmiş Dağlıq Qarabağa aprelin 3-də yola düşüb və Kəlbəcər rayonu ərazisində Omar aşırımında olub. 

Qarın nahiyəsindən yara alan Saroyan intensiv terapiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, erməni generalı Seyran Saroyan (fotoda -red.) Qarabağda müharibə zamanı hərbi əsirlərə və regionun azərbaycanlı dinc əhalisinə qarşı xüsusi amansızlığı ilə seçilib.