» » » Erməni parlamenti Qarabağı tanımağı planlaşdırmır

Erməni parlamenti Qarabağı tanımağı planlaşdırmır

Erməni parlamenti Qarabağı tanımağı planlaşdırmır

Komissiya bu məsələnin baxılmasını təxirə də sala bilər.

Yerevanın qondarma “Dağlıq Qarabağın tanınması”na dair qanun layihəsi Ermənistanın Milli Məclisinin (parlamentinin) növbədənkənar iclasının gündəminə daxil edilməyib.   

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a parlamentin aparatından bildiriblər.

“İki müxalifətçi deputat – Zarui Postancyan və Qrant Baqratyanın Ermənistanın “Dağlıq Qarabağın tanınması”na dair qanunverici təşəbbüsü, hökumət tərəfindən təqdim edilən gündəmdə yoxdur”, - aparatdan qeyd ediblər.

Mayın 5-də hökumət bu qanun layıhəsi üzrə rəy qəbul edərək onu parlamentə təqdim edib.

Ermənistan Milli Məclisinin İctimaiyyət və KİV ilə əlaqə idarəsinin rəisi Arsen Baboyan mayın 5-də bəyan edib ki, parlamentin xarici əlaqələr üzrə komissiyası bir ay müddətində bu qanun layihəsinin iclaslardan birinin gündəminə daxil olub-olmamayacağı məsələsi üzrə qərar qəbul etməlidir.

Bununla yanaşı, komissiya üzvləri bu məslənin baxılmasını təxirə də sala bilər.