» » » “Daşnaksütyun” Azərbaycanı nüvə silahı ilə təhdid edir

“Daşnaksütyun” Azərbaycanı nüvə silahı ilə təhdid edir

“Daşnaksütyun” Azərbaycanı nüvə silahı ilə təhdid edir

“Biz nüvə enerjisini inkişaf etdirən ölkəyik”.

Qrant Baqratyan belə danışırsa, demək, nə isə bilir, o, ağıllı adamdır, baş nazir olub. Bu qəbildən olan bəyanat üçün əsası var, biz həqiqətən nüvə enerjisini inkişaf etdirən ölkəyik, başqa heç nə deməyəcəm, bu hərbi sirdir.

ucarliyiq.biz “Tert.am”a istinadən xəbər verir ki, bu barədə “Daşnaksütyun” erməni inqilab federasiyasının rəhbəri Armen Rustamyan bəyan edib.

Daşnakların rəhbəri parlamentdə sabiq baş nazirin bəyanatını təkzib edərək Ermənistanın yenidən radioaktiv silah istehsalını davam etmək niyyəti barədə bəyanat verən erməni ictimaiyyəti və dövlət xadimlərinin fəaliyyətini tənqid atəşinə tutub.

“Kim dedi ki, bizə qadağa qoyulacaq, kim dedi ki, biz silah istehsal etmirik?”, - A.Rustamyan qətiyyətlə bildirib.