» » » “Rembo” komadan ayıldı

“Rembo” komadan ayıldı

“Rembo” komadan ayıldı

Cavadov Qarabağda döyüşlərdə yaralanmışdı.

Aprel döyüşlərində başından ağır yaralanan “Rembo” ləqəbli tankçı, Goranboy rayonundan olan Razi Cavadov komadan tam ayılıb.

ucarliyiq.biz AzVision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Aqil Aslan məlumat yayıb. 

O bildirib ki, düşmənin snayper gülləsindən ağır yaralanmış hərbçimiz artıq reanimasiyadan palataya köçürülüb: 

“Bir aydan çoxdur ki, ata yolu gözləyən uşaqları, ailəsi nəhayət hospitalda Razi ilə görüşüb, onunla söhbət ediblər. Yaşatdıqları bu sevincə görə Allah bütün həkimlərdən, tibb bacılarından razı olsun. Allah Raziyə şəfa versin!”.

Xatırladaq ki, başından ağır yaralanan “Rembo” ləqəbli Razi Cavadov 40 gündən çoxdur ki, koma vəziyyətində idi. Aprel ayında 4 günlük müharibə zamanı düşmən gülləsinə tuş gələn hərbçimiz əvvəlcə Gəncədəki hospitala yerləşdirilmişdi. Ancaq onun vəziyyəti ağır olduğundan bir neçə gün sonra çətinliklə də olsa, Bakıya - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gətirilmişdi. Onun sol gözü əməliyyat olunub. Hazırda tankçımızın həyatı üçün heç bir təhlükə yoxdur, o komadan ayılıb, müalicəsi davam edir.