» » » Moskva Əliyev-Sarkisyan görüşündən danışdı

Moskva Əliyev-Sarkisyan görüşündən danışdı

Moskva Əliyev-Sarkisyan görüşündən danışdı

“Konkret olaraq bu məlumata dair hələlik heç nə deyə bilmərəm”.

Moskva Dağlıq Qarabağ münaqişəsində gərginliyin azalması, Bakı və Yerevanın kompromis axtarmaq üçün dialoqu bərpa etməsi istiqamətində atılan istənilən addımları alqışlayır. 

Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. 

Daha öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə görüşə çağırıblar.

“Konkret olaraq bu məlumata dair hələlik heç nə deyə bilmərəm. Sözsüz ki, Moskva Dağlıq Qarabağ münaqişəsində gərginliyin azalması və siyasi tənzimləmə variantının axtarışı məqsədi ilə dialoqun bərpa edilməsi istiqamətində atılan istənilən addımları alqışlayır”, - Peskov deyib.