» » » Jirayr Sefilyan: Azərbaycan 7 milyon kvadratmetr ərazini azad edib

Jirayr Sefilyan: Azərbaycan 7 milyon kvadratmetr ərazini azad edib

Jirayr Sefilyan: Azərbaycan 7 milyon kvadratmetr ərazini azad edib

“Yaxın günlərdə bizə böyük zərbə vurulacaq”.

Aprel ayında dördgünlük müharibə zamanı erməni tərəfi mövqelər itirib və əgər yaxın günlərdə bu mövqelər geri qaytarılmasa, gələcəkdə qarşıya daha ciddi problemlər çıxa bilər.

ucarliyiq.biz “Armenia Today”a istinadən xəbər verir ki, bu barədə “Xüsusi Şuşa batalyonunun xilaskar-döyüşçüləri ittifaqı” təşkilatının sədri Jirayr Sefilyan bəyan edib.

Onun sözlərinə görə, təmas xəttinin yalnız şimali-şərq hissəsində itkilər 7 milyon kvadratmetr təşkil edib və bu müddət ərzində itirilmiş mövqelərin dərhal qaytarılmasına dair çağırışlar olsa da, amma hakimiyyət onlara qulaq asmayıb.  

“Rejim bütün çağırışların cavabında, bu mövqelərin strateji əhəmiyyətinin olmadığını və söhbətin cəmi 100-200 metr ərazidən getdiyini qeyd edib. Bu, həqiqət deyil, belə ki, faktiki itki daha çoxdur”, - deyən Sefilyan əlavə edib ki, hakimiyyət xalqa həqiqəti deməlidir.

“Yaxın günlərdə bizə böyük zərbə vurulacaq, 2-5 aprel hadisələri yalnız başlanğıc idi. Azərbaycan yeni hərbi əməliyyatlara hazırlaşır, ona görə də bütün insan resurslarını və hərbi arsenalı rəqibi kapitulyasiyaya məcbur etmək üçün istifadə etmək lazımdır”, - o vurğulayıb.