» » » Zaxarova Əliyev-Sarkisyan görüşündən danışdı

Zaxarova Əliyev-Sarkisyan görüşündən danışdı

Zaxarova Əliyev-Sarkisyan görüşündən danışdı

“Əsas məqsəd konkret etibar tədbirlərinin gücləndirilməsi barədə razılığa gəlməkdir”.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü mayın 16-da Vyanada planlaşdırılır. Bu görüşə Rusiya, Fransa XİN rəhbərləri və ABŞ dövlət katibi də qoşula bilər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib. 

“Gələn həftə Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün planlaşdırıldığını vurğulayıram. Bu görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin də (Rusiya, ABŞ və Fransa) iştirakı gözlənilir.

Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan, konkret etibar tədbirlərinin gücləndirilməsi barədə razılığa gəlməkdən ibarətdir”, - Zaxarova deyib.