» » » Polkovnik Dərgahlı: Şəmkir korpusunu, Naxçıvandakı ordunu döyüşə cəlb etmədik

Polkovnik Dərgahlı: Şəmkir korpusunu, Naxçıvandakı ordunu döyüşə cəlb etmədik

Polkovnik Dərgahlı: Şəmkir korpusunu, Naxçıvandakı ordunu döyüşə cəlb etmədik

“Düşmənin 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü”.

Keçən il cəbhə xəttində vurulan helikopter məhz Ermənistandan gətirilmişdi. Ermənistanın məqsədi başqa dövlətləri bu münaqişəyə cəlb etmək idi.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri” mövzusunda keçirilən dinləmələr zamanı bildirib.

V. Dərgahlı deyib ki, bu ilin mart ayında təmas xəttində dinc əhalinin yaşadığı məntəqələr ağır silahlardan atəşə tutulub:

“Aprelin əvvəlində düşmən ön mövqedəki qüvvələrimizi sıradan çıxarmaq istəyirdi. Cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Müdafiə Nazirliyi aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi, sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi.

Düşmənin 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi.

Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi. Ancaq əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin ön mövqedəki qüvvələrinin bir qismi cəlb olunmuşdu.

Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı əlahiddə ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi”.