» » » Sarkisyan Vyanaya gedir

Sarkisyan Vyanaya gedir

Sarkisyan Vyanaya gedir

Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüş keçiriləcək.

Ermənistan prezideni Serj Sarkisyan mayın 16-da Vyanaya (Avstriya) işgüzar səfər edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidenti administrasiyasının İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələr idarəsi yayıb.

Sarkisyanın səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutacaq bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, bir müddət əvvəl həmsədrlər mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə bəyanat vermişdilər. Görüşdə ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin iştirakı da gözlənilir.