» » » Gürcüstan Azərbaycanı hərbi təlimlərə dəvət etdi

Gürcüstan Azərbaycanı hərbi təlimlərə dəvət etdi

Gürcüstan Azərbaycanı hərbi təlimlərə dəvət etdi

“Sənədin imzalanması daha müfəssəl əməkdaşlığın həyata keçirilməsinə böyük zəmin yaradacaq”.

Ölkələr arasında bu formatda keçirilən dördüncü görüşdə Anlaşma Memorandumunun imzalanacağı barədə yekun qərar qəbul olunub. 

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə bildirib. 

“Ölkələr arasında münasibətlərin təməli 25 il əvvəl qoyulsa da, sənədin imzalanması bizə daha müfəssəl əməkdaşlığın həyata keçirilməsi üçün böyük zəmin yaradacaq”, - deyə, gürcü nazir bildirib.

Tina həmçinin Azərbaycan və Gürcüstanın dövlət müstəqilliklərinə göstərdiyi dəstəyə görə Türkiyə Cumhuriyyətinə öz minnətdarlığını bildirib. 

NATO və Gürcüstan əməkdaşlığından danışan nazir qeyd edib ki, ötən ilin avqustunda NATO və Gürcüstan birgə qiymətləndirmə mərkəzi açıblar:

“Bu mərkəz tam həcmdə fəaliyyət göstərir və biz Azərbaycan tərəfini keçirilən tədbirlərə dəvət etmək istərdik ki, ölkəniz Gürcüstan kimi NATO-nun tam bir paketindən faydalana bilsin”.
 
Hazırda Gürcüstanda ABŞ və Böyük Britaniya hərbçilərinin təlimindən danışan (“Noble Partner” – red.) Tina ölkəsinin gələcəkdə bu tədbirləri mütəmadi olaraq, Fransa, Almaniya, Türkiyə və Azərbaycan hərbçiləri ilə keçirəcəyini qeyd edib.

“Gürcüstan öz tərəfdaşlarını bu tədbirlərdə görməkdən şad olardı”, - deyə, o, bildirib.
 
Gürcü nazir onu da qeyd edib ki, ölkəsinin keçirdiyi tədbirlər heç kimə qarşı yönəlməyib:

“Təlimləri keçirməkdə məqsədimiz müttəfiqlərimizi, dostlarımızı dəvət etmək, regionda sülhə və sabitliyə nail olmaq, iqtisadi inkişafa yönəlmiş sabit qonşuluq siyasəti aparmaqdır”, - deyə, o, bildirib.