» » » İsmət Yılmaz: Əməkdaşlığımız bütün ölkələrə nümunə ola bilər

İsmət Yılmaz: Əməkdaşlığımız bütün ölkələrə nümunə ola bilər

İsmət Yılmaz: Əməkdaşlığımız bütün ölkələrə nümunə ola bilər

“Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”.

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin dördüncü görüşündə ikitərəfli və üçtərəfli münasibətlərimizi hərtərəfli nəzərdən keçirdik.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri İsmət Yılmaz Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə bildirib.

Yılmaz qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında dərin tarixi köklərə malik münasibətlər, strateji əlaqələr mövcuddur: 

“Azərbaycan və Gürcüstanla siyasi, iqtisadi, hərbi münasibətləri daha da inkişaf etdirmək üçün sağlam zəmin mövcuddur. Regional münasibətlərdə yaxın əməkdaşlığımız bütün ölkələrə nümunə ola bilər”.  

 Nazirin sözlərinə görə, tərəflər dördüncü Türkiyə-Azərbaycan-Gürcüstan görüşündə mövcud münasibətlərin ən yüksək səviyyəyə çatdırılması barədə niyyətlərini bir daha təsdiqləyiblər. 

İstmət Yılmaz həmçinin bildirib ki, ölkəsi bölgədəki Dağlıq Qarabağ, Cənubi Osetiya və Abzaxiya münaqişələrinin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir.  

“Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyirik, bu yolda atdığı addımları təqdir edirik və Gürcüstan və Azərbaycanın qarşıdan gələn müstəqillik günlərini təbrik edirik. Qarşıdakı hər 25 ildə Azərbaycan və Gürcüstanın daha böyük inkişafa imza atacağına inanırıq”, - deyə, İ. Yılmaz bildirib.