» » » Lavrov və Kerri Vyanada Qarabağı müzakirə edəcəklər

Lavrov və Kerri Vyanada Qarabağı müzakirə edəcəklər

Lavrov və Kerri Vyanada Qarabağı müzakirə edəcəklər

Rusiya tərəfi açıqlama yaydı.

Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Vyanada bazar ertəsi keçirəcəkləri görüş zamanı Suriya, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bəyan edib.

“Bu gün əsas olan Suriya və Dağlıq Qarabağ, həmçinin Ukrayna və ikitərəfli münasibətlərdir”, - Ryabkov müvafiq suallara cavab verərkən bildirib.

Daha öncə Lavrov, Kerri ilə Vyanada bazar ertəsi görüş keçirmək niyyətində olduğunu bildirib.