» » » Sarkisyan və Kerri Qarabağdakı gərginliyi müzakirə ediblər

Sarkisyan və Kerri Qarabağdakı gərginliyi müzakirə ediblər

Sarkisyan və Kerri Qarabağdakı gərginliyi müzakirə ediblər

Dağlıq Qarabağda münaqişənin diplomatik yolla nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Vyanada ABŞ dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a erməni nümayəndə heyətindəki mənbə bildirib.

Onun sözlərinə görə, söhbət zamanı Dağlıq Qarabağda baş verən son gərginlik və münaqişənin diplomatik yolla nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb.