» » » Lavrov: Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər

Lavrov: Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər

Lavrov: Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər

Rusiya XİN rəhbəri açıqlama verdi.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Vyanada keçirilən görüşünün yekununda Dağlıq Qarabağda atəşkəsin əldə edilməsinin zəruri olduğu barədə razılığa gəliblər, ucarliyiq.biz xəbər verir.

Rusiyalı nazir qeyd edib ki, Ermənistan və Azərbaycan güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər 

“Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq”, - deyə S.Lavrov bildirib. 

S.Lavrov həmçinin vurğulayıb ki, ATƏT Qarabağda baş verən insidentlərin araşdırmaq üçün konkret addımlar atacaq.

Rusiya XİN rəhbəri həmçinin bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan cari ilin iyun ayında növbəti görüşün vaxtını və yerini razılaşdıracaqlar.