» » » Ştaynmayer: Qarabağda vəziyyət gərgin olaraq qalır

Ştaynmayer: Qarabağda vəziyyət gərgin olaraq qalır

Ştaynmayer: Qarabağda vəziyyət gərgin olaraq qalır

“Mən tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram”.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer mayın 17-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat yayıb.

“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Mən son hadisələr zamanı baş verən insan itkilərinə görə çox təəssüf edirəm və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram”, - ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Ştaynmayer ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mayın 16-da Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil etdiyinə görə alqışladığını bildirib.

“Biz insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq. Aprel ayında baş verən hərbi toqquşmalar göstərdi ki, münaqişənin dalandan çıxması üçün səylərin artırmaq lazımdır. Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir”, - Ştaynmayer bəyan edib.